Hulusi Akar Türkiyə-Rusiya Birgə Mərkəzində xidmət edən generala tapşırıqlarını verib
https://azeri.sahartv.ir/news/türkiyə-i372761-hulusi_akar_türkiyə_rusiya_birgə_mərkəzində_xidmət_edən_generala_tapşırıqlarını_verib
Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyində, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər və digərlərinin iştirakı ilə videokonfrans formatında iclas keçirilib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 01, 2021 14:17 Asia/Baku
  • Hulusi Akar Türkiyə-Rusiya Birgə Mərkəzində xidmət edən generala tapşırıqlarını verib

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyində, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər və digərlərinin iştirakı ilə videokonfrans formatında iclas keçirilib.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclasa 30 yanvarda fəaliyyətə başlayan Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzində xidmət edən türkiyəli general da qatılıb.

Vəziyyətlə bağlı təqdimatla çıxış edən generala nazir Hulusi Akar müxtəlif tapşırıqlar verib.