Türkiyə apreldən turistlərin qəbuluna başlayır
https://azeri.sahartv.ir/news/türkiyə-i372913-türkiyə_apreldən_turistlərin_qəbuluna_başlayır
Türkiyədə yay turizm mövsümü aprel ayında başlayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2021 09:00 Asia/Baku
  • Türkiyə apreldən turistlərin qəbuluna başlayır

Türkiyədə yay turizm mövsümü aprel ayında başlayacaq.

SəhərAzəri xəbər verir, bunu "Haberturk"ə müsahibəsində ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.

Onun sözlərinə görə, turizm mövsümü dərhal deyil, tədricən, ilk növbədə, Aralıq dənizindən başlayacaq, daha sonra isə Egey dənizini əhatə edəcək: "Məqsədimiz yay mövsümünə aprel ayında başlamaqdır. Əsasən Avropa ölkələrindən turistlər gözləyirik".

Nazir onu da əlavə edib ki, aprel ayının sonundan etibarən may tətilinin başlayacağı Rusiyadan qonaqların, may ayının ortalarından isə müqəddəs Ramazan ayı bitdikdən sonra yerli turistlərin axını gözlənilir.