Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artıb
Türkiyənin şərqində yerləşən Bitlis vilayətində hərbi vertolyotun süqut etməsi nəticəsində ölənlərin sayı on bir nəfərə çatıb.
SəhərAzəri xəbər verir, Türkiyə müdafiə nazirliyi bir məlumatda belə qeyd edib: Türkiyənin Binqul vilayətindən havaya qalxaraq, Bitlisin Tatvan rayonuna uçan «Kouqar» tipindən olan bu hərbi vertolyotun əlaqəsi yerli vaxtla dünən saat 14:25 dəqiqədə kəsilib və helikopter süqut edibdir.
Bu hadisədə ölənlərdən biri, Türkiyə Quru Qoşunlarının 8-ci korpusunun komandanı general-mayor Osman Erbaş olubdur.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan hadisə ilə bağlı məsələyə qarışıb. O, həmçinin qəzada ölənlərin ailələrinə və Türkiyə silahlı qüvvələrinə başsağlığı verib.
Türkiyənin müdafiə naziri Hulusi Akar isə bu barədə belə deyib: Onlar tapşırığı yerinə yetirmək üçün Bitlisə gedirmişlər. Hava şəraitinin qeyri-münasib hala düşməsi ilə onların dərhal geri dönmələri barədə göstəriş verilmişdi. Qəzanın səbəblərini tapmaq üzrə araşdırmalar başlanıbdır.
İranın Türkiyədəki səfiri Mohəmməd Fərazmənd də bu hadisə ilə bağlı Türkiyənin hökuməti, xalqı və ölənlərin ailələrinə başsağlığı verib və yaralananlar üçün tez bir zamanda şəfa diləyibdir.
Həmçinin Azərbaycan Respublikasının prezidenti də daxil olmaqla bəzi ölkələrin prezidentləri, eləcə də xarici ölkələrin, o sıradan Rusiyanın Türkiyədəki səfirləri də bu olayla bağlı başsağlığı veriblər.