Ərdoğan Avropa İttifaqının rəhbərliyi ilə videokonfrans formatında görüşüb
Mart 19, 2021 23:03 Asia/Baku
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə görüşü keçirilib.
SəhərAzəri Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, görüş videokonfrans formatında baş tutub.
Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da iştirak edib.