Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib
Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində bir neçə genişmiqyaslı əməliyyat keçirilib.
SəhərAzəri APA-ya istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat zamanı FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 93 hərbçi saxlanılıb. Onlardan 25-i həbs edilib, üç nəfər barəsində hələ də araşdırmalar aparılır. Saxlanılmasına qərar verilən daha 22 nəfərin axtarışları davam edir. Saxlanılanlardan 22-i terror təşkilatının fəaliyyəti ilə bağlı təhlükəsizlik qüvvələrinə geniş məlumat verib.
Daha bir əməliyyat İzmir Baş Prokurorluğu tərəfindən ölkənin 53 vilayətində paralel keçirilib. Martın 23-də başladılan əməliyyatlarda indiyədək 184 hərbçinin saxlanılmasına qərar verilib. Bu şəxslərdən 172-i saxlanılıb ki, onlardan 123-ü hazırda fəaliyyətdə olan hərbçilərdir. Saxlanılanlardan 41-i həbs edilib, 92-i isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Digər şübhəlilərin axtarışları davam edir.