Türkiyə və Ukrayna strateji əməkdaşlığı davam etdirəcəklər
https://azeri.sahartv.ir/news/türkiyə-i375598-türkiyə_və_ukrayna_strateji_əməkdaşlığı_davam_etdirəcəklər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə danışıqlarının nəticələrini qiymətləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2021 19:59 Asia/Baku
  • Türkiyə və Ukrayna strateji əməkdaşlığı davam etdirəcəklər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə danışıqlarının nəticələrini qiymətləndirib.

SəhərAzəri xəbər verir ki, Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

 Türkiyə rəhbəri qeyd edib ki, tərəflər strateji əməkdaşlığın davam etdirilməsi mövzusu üzrə razılığa gəliblər.

 Bundan başqa, Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə Qara dənizdə təhlükəsiz və sakit vəziyyətin təmin olunmasını hədəfləyib.

 Türkiyə lideri müdafiə sənayesinin rəsmi Ankara ilə Kiyev arasındakı qarşılıqlı əlaqənin vacib elementi olduğunu vurğulayıb. Bununla yanaşı, əməkdaşlığın heç bir üçüncü tərəfə qarşı yönəlmədiyini əlavə edib.