Türkiyə XİN: ABŞ prezidentinin bu açıqlaması dostluğumuzu sarsıdan dərin yara açacaq
"ABŞ prezidentinin radikal erməni dairələri ilə Türkiyəyə qarşı olan qrupların təzyiqi altında 24 aprel 1915-ci il hadisələrinə dair açıqlamasını qəbul etmir və ən şiddətli şəkildə qınayaraq rədd edirik".
SəhərAzəri xəbər verir ki, bu, Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, sözügedən açıqlamanın heç bir elmi və hüquqi əsası olmadığı məlumdur, 1915-ci il hadisələrinə aid olan beynəlxalq hüquqda yer alan “soyqırım” ifadəsinin istifadə olunması üçün heç bir əsas yoxdur və tarixdə çox böyük təhrifdir.
"Tarixi həqiqətləri təhrif edən ABŞ prezidentinin bu açıqlaması Türk xalqı tərəfindən heç vaxt qəbul olunmayacaq və qarşılıqlı inamımızı, dostluğumuzu sarsıdan dərin bir yara açacaqdır", deyə bildirilən açıqlamada qeyd olunub:
"ABŞ prezidentini müəyyən siyasi dairələri razı salmaqdan başqa heç bir məqsədə xidmət etməyən bu böyük səhvi düzəltmək üçün, tarixdən düşmənçilik yaratmağa çalışan bu dairələrin gündəminə xidmət etmək əvəzinə, bölgədə, xüsusən də türk və erməni xalqları arasında dinc, yanaşı yaşamaq praktikasını qurma səylərini dəstəkləməyə dəvət edirik".