May 03, 2021 12:14 Asia/Baku
  • “Amerikanların bəyanatı öz tarixlərini inkar etmək mənasına gəlir.”

Türkiyənin müdafiə naziri regiondakı qarşıdurmaların Amerikanların müdaxiləsinin nəticəsi olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ prezidentinin “erməni soyqırımı”-nı tanımasına münasibət bildirib.

Hulusi Akar siyasətçilərin tarixçi ola bilməyəcəklərini vurğulayaraq deyib: “Tarixdəki bütün məlumatlar, sənədlər, müşahidələr 1915-ci ildə belə bir hadisənin olmadığını açıq və aydın şəkildə göstərir.

Türkiyənin müdafiə naziri ABŞ prezidenti Co Baydenin 24 apreldə verdiyi bəyanatda “erməni soyqırımı” iddiasını tanımasına toxunaraq deyib: “Amerikalıların bu məsələ ilə bağlı verdikləri bəyanat öz tarixlərini, imzaladıqları müqavilələri və sənədləri inkar etmək mənasına gəlir.

Hulusi Akar sonra deyib:” Amerikanların NARA adlı məşhur arxivlərində məsələ ilə bağlı hesabat mövcuddur. Amerikalılar və ingilislərin 1914-15-ci və 1920-ci ildə verdikləri hesabatda bildirilir ki, “Türklər və ermənilər 500 il bərabər yaşayıblar. Əgər biz qarışmasaydıq, müdaxilə etməsəydik, onlar daha 500 il birgə yaşaya bilərdilər”. Hadisələri təhrif edərək tarixi dəyişdirəcəklərini düşünənlər səhv edirlər. Onlar qəflət və cəhalətdən oyanmalıdırlar”.

 

 

 

 

Teqlər