May 14, 2021 19:09 Asia/Baku
  • Türkiyədə sionist rejimin cinayətlərinə geniş reaksiyalar verilir

Sionist rejimin Qüdsi-Şərifə və Qəzzə zolağına qarşı hücumları xalq etirazlarından əlavə, Türkiyənin rəsmiləri və siyasi şəxsiyyətlərinin reaksiyalarını döğurub.

SəhərAzəri-nin məlumatına əsasən,son bir neçə gün ərzində Türkiyənin prezidenti, hökumət sözçüsü, prezident administrasiyasının əlaqələr mərkəzinin rəhbəri, siyasi partiyaların liderləri və şəxsiyyətləri ayrı-ayrılıqda mesajlar yayaraq, sionist rejimin işğal olunmuş Fələstindəki cinayətkarcasına hərəkətlərini pisləyiblər.

Bəzi islami ölkələrin Fələstin məsələsi ilə qarşılaşmadakı rəftarlarlarını tənqid edən bəzi siyasi xadimlər, müqavimət qruplarının səyləri sayəsində sionist rejimin tam şəkildə məhv edilməsini, Fələstinin yeganə qurtuluş yolu hesab edirlər.

Ötən iki-üç gün ərzində Türkiyənin informasiya kanallarının adi verilişləri öz yerlərini işğal olunmuş ərazilərlə bağlı xəbərləri, bu barədəki siyasi analizləri və dialoqları anbaan işıqlandırmağa veriblər.

Teqlər