Ərdoğan: Biz terrorçu İsrailin Fələstin uşaqlarına qarşı zülmündən hiddətli və kədərliyik
https://azeri.sahartv.ir/news/türkiyə-i376991-Ərdoğan_biz_terrorçu_İsrailin_fələstin_uşaqlarına_qarşı_zülmündən_hiddətli_və_kədərliyik
«Təl-Əvivin Qəzzə zolağına qarşı təcavüzləri 73 milyon dollar xəsarət törədib». Bu sözləri Türkiyə prezidenti vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2021 14:44 Asia/Baku
  • Ərdoğan: Biz terrorçu İsrailin Fələstin uşaqlarına qarşı zülmündən hiddətli və kədərliyik

«Təl-Əvivin Qəzzə zolağına qarşı təcavüzləri 73 milyon dollar xəsarət törədib». Bu sözləri Türkiyə prezidenti vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Təyyib Ərdoğan bildirib ki, Ankara Təl-Əvivin fələstinli uşaqlar və qadınlara qarşı zülmündən kədərli və hiddətlidir.

«Öz torpaqlarını azad etmək üçün Azərbaycan Respublikasının mübarizəsinə dəstək verdiyimiz kimi, bu gün də elə həmin emosiya ilə Qüdsdə və Fələstin şəhərlərindəki zülmə qarşı addım atacağıq»-deyə Rəcəb Tayyıb Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti həmçinin bildirib ki, Qüdsdə və Fələstin şəhərlərində sionist rejimin təcavüzləri qarşısında müqavimət, bütün bəşəriyyətin əxlaqi vəzifəsidir.