May 15, 2021 10:37 Asia/Baku
  • Ərdoğan Fələstini Qarabağa bənzətdi

Türkiyə prezidenti Fələstin xalqına qarşı cinayətlərdən danışarkən Qarabağın adını çəkib.

SəhərAzəri-nin məlumatına əsasən, prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: “Daha əvvəl Azərbaycanın Qarabağ və ətraf rayonlarını işğaldan azad etmək mübarizəsini hansı həvəslə dəstəkləmişiksə, bu gündə Qüdsdə və Fələstin şəhərlərində yaşanan zülmə qarşı eyni hissiyyatla hərəkətə keçirik.

Türkiyə prezidenti sonra ölkəsinin Fələstin-İsrail münaqişəsi ilə bağlı səylərini artıracağını qeyd edib. "Bu gün əl-Əqsa məscidinə uzanan əllərə qarşı çıxırıq. Qüdsdə hadisələr başlayandan bu günə kimi 19 ölkənin prezident və hökumət başçıları ilə telefon əlaqəsi saxladım. Həmin dövlətlərin rəhbərləri ilə bölgədə baş verən hadisələri müzakirə etdik. Bir sözlə problemin həlli üçün Türkiyə səylərini əsirgəmir”, - deyə cənab Ərdoğan bildirib.

Teqlər