Türkiyənin gələcəyi üçün xoşagəlməz tendensiya
Türkiyənin xarici borcları rekord həddə artıb-ARAŞDIRMA
Türkiyənin Maliyyə Nazirliyi bu ölkənin xarici borclarının rekord həddə artdığını elan edib.
SəhərAzəri-nin verdiyi xəbərə görə, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi bu ölkənin xarici borclarının cari ilin 31 martına kimi 262.1 milyard dollar səviyyəsində olduğunu elan edib.
Bu rəqəm Türkiyənin milli gəlirindən 36 faizinə aid olur. Bəzi ekspertlər bu rəqəmin Türkiyənin gəliri ilə müqayisədə ən yüksək borc səviyyəsi olduğunu bildirirlər.
Türkiyənin iqtisadiyyatında yaranmış bu durum yerli ekspertlərdə narahatlığa səbəb olub. Onlar bildirielər ki, ölkənin rəsmi olaraq, xaricdən cəlb etdiyi kreditlərin həcmi və hazırki vəziyyətdə bu borcların təhlükəli tərəfləri Türkiyəni müflis vəziyyətə sala bilər. Rəsmi məlumatlara görə, Türkiyənin xaricdən cəlb etdiyi kreditlərin həcmi qeyri-adi həddə çatıb və bu xarici borc Ümumi Daxili Məhsulun 40 faizini keçibdir.
Azərbaycanlı iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, indiki halda bu təhlükənin ən pis tərəfi bunlardır:
1- Alınmış kreditlər dövlət satınalmaları üçün sərf edilib və iri investisiya layihələri maliyyələşdirilib.
2- Bu layihələr əsasən dəyər yaratmayan sahələrə xərclənməklə istehsal təyinatı olmayan, istehlak və idxal ehtiyaclarının qarşılanması üçün edilib.
3- Ən pisi isə odur ki, alınmış kreditlərin qaytarılması dövrləri çox yaxınlaşıb. Necə deyərlər, borc qapının ağzını kəsib.