İyul 21, 2021 13:48 Asia/Baku
  • Türkiyədə polis ilə etirazçılar arasında toqquşma olub

Türkiyə polisi İstanbulda 2015-ci ildəki bomba hücumunun ildönümü günündə toplaşan etirazçıları dağıdarkən, bir neçə nəfəri saxlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin İstanbul şəhərindəki dünən keçirilən nümayişlərdə polislə etirazçılar arasında toqquşma baş verib və polis etirazçılara qarşı bibər qazından istifadə edərək, onların bir neçəsini saxlayıb.

2015-ci il iyulun 20-də Türkiyənin Suruç şəhərində baş verən bombalı intihar hücumu nəticəsində 33 nəfər ölüb, onlarla insan yaralanıb.

Türkiyədə kürdlər məsələsini həll etmək üçün sülh prosesi 2012-ci ilin dekabrında başlayıb və 2015-ci ildə Suruçda baş verən terror aktından sonra dayandırılıb.

Ondan sonra Türkiyə Ordusu və Kürdüstan Fəhlə Partiyası PKK bir-birlərinin mövqelərinə hücumları yenidən bərpa ediblər. 

Türkiyə hökuməti PKK-nı terror qrupu adlandırır. 

Teqlər