Ərdoğan İranın yeni dövlətilə həmkarlığa təkid edib
Türkiyə prezidenti öz iranlı həmkarı ilə telefon əlaqəsində onunla regional olaylar barədə danışmaqla bərabər, Ankaranın İranın yeni dövlətilə həmkarlığı və yaxın dialoquna təkid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezident administrasiyasının əlaqələr idarəsi dünən axşamçağı bu ölkənin prezidenti Rəcəb Tayyb Ərdoğanın öz iranlı həmkarı Həsən Ruhani ilə telefon əlaqəsindən xəbər verdi.
Türkiyə prezident administrasiyasının yaydığı bəyanatda deyilir ki, Ərdoğan bu telefon söhbətində Ruhani ilə ikitərəfli əlaqələr və regional olaylar barədə söhbət edib.
İran və Türkiyə başçıları həmçinin səadətli qurban bayramı münasibətilə bir-birilərini təbrik ediblər.
Bəyanata görə, Ərdoğan Ruhaniyə deyibdir ki, Tehrandakı yeni dövlətlə həmkarlıq və yaxın dialoqdan bəhrələnməklə Ruhani dövlətilə əlaqələr kimi münasibətləri davam etdirə biləcəyinə inanır.
Türkiyə prezidenti bundan öncə Ayətullah doktor Seyid İbrahim Rəisi ilə telefon söhbətində İran prezident seçkilərində qalib gəlməsi münasibətilə onu təbrik etmişdi.