İyul 30, 2021 19:14 Asia/Baku
  • Yanğının yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər görülür

Türkiyədə meşə yanğınlarını nəzarət altına almaq üçün ölkədə səfərbərlik elan edilib. Prezident Ərdoğanın göstərişi ilə bütün resurslardan istifadə olunmağa başlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, bununla əlaqədar Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, nəzarət altına alınan yanğın nöqtələrinin sayı 57-yə çatıb. Lakin yanğın nəticəsində Antalyada 3 nəfər, Muğlada isə 1 nəfər həyatını itirib. Həmçinin 180 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıbdır.

Nazir vətəndaşları meşələrin yanından keçəndə ehtiyatlı olmağa çağırıb, yanğınların səbəblərinin araşdırıldığını da bildirib.

“Yanğının söndürülməsinə 3 təyyarə, 9 pilotsuz uçan aparat, bir su tankı, 38 helikopter, 680 su çiləyən, 55 tikinti texnikası və 4 min şəxsi heyət cəlb edilib. Yanğından ziyan çəkənlərin banklara olan borclarının ödənilməsi təxirə salınacaq”, - deyə o vurğulayıb.

 

B arada Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın meşə yanğınlarını milli fəlakət adlandırıb

Dövlət rəsmisi “Twitter” hesabında yazıb: “Bütün qurumlarımız əlaqəli şəkildə yanğınla böyük bir mübarizə aparır. Prokurorluq orqanları yanğınların səbəblərini hərtərəfli araşdırır. Çalışmalar fasiləsiz davam etdiriləcək”. 

Türkiyə meşə yanğınlarının qarşısını almaq və zərərçəkənlərə yardım üçün ayrı-ayrı ölkələr hərəkətə keçiblər. Azərbaycan Respublikası Türkiyəyə yardım göndərən həmin bu ölkələrin aradındadır.

B məlumata əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola düşüb. 

 İran İslam Respublikası və Pakistan da yardım kampaniyasına qoşulacaqlarını bildiriblər.

 

Teqlər