Avq 19, 2021 19:21 Asia/Baku
  • Türkiyə əleyhinə etiraz aksiyası

Suriyanın Əlhəsəkə şəhərinin əhalisi bu şəhərin içməli suyunun Türkiyənin tabeliyində olan qüvvələr tərəfindən kəsilməsinə etiraz olaraq, aksiya keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, Əlhəsəkə şəhərinin əhalisi bu gün bu aksiyada Türkiyənin və bu ölkənin dəstək verdiyi qüvvələrin Suriya ərazisində iştirakına və onların bu ölkə xalqına qarşı hərəkətlərinə etiraz edib.

Türkiyə qüvvələri Əlhəsəkə şəhərində və onun ətrafındakı yaşayış massivlərində bir milyon nəfərdən çox insanın içməli suyunun təmini üzrə əsas mənbə olan Əlvək suyunun köçürülməsini indiyədək dəfələrlə kəsiblər.

Türkiyənin tabeliyində olan qüvvələr dünən də Əlhəsəkənin qərb hissəsinin ətrafında yerləşən kəndləri və «Əbu-Rasin» qəsəbəsini əllidən çox raketlə hədəfə alıblar. Nəticədə bir qadın ölüb və bir qrup mülki şəxs, o sıradan uşaqlar yaralanıblar.

Teqlər