Avq 30, 2021 14:54 Asia/Baku
  • Türkiyə Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır

Türkiyə prezidenti Ermənistanla münasibətləri mərhələli şəkildə normallaşdırmağa çağırıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan dünən jurnalistlərin suallarını cavablandırarkən,  deyib: Türkiyə Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi mesajları nəzərə alaraq, Ermənistanla münasibətləri mərhələli şəkildə normallaşdırmağa hazırdır".

Bundan əvvəl nikol paşiniyan regionda sülhlə bağlı Türkiyə tərəfindən müsbət siqnallar aldıqlarını ifadə etmişdi. Bu elə bir haldadır ki, Ermənistala Azərbaycanb arasında baş verən son Dağlıq Qarabağ müharibəsindən sonra  Ankara-İrevan münasibətləri Ankaranın Dağlıq Qarabağ münaqişəsində açıq şəkildə müdaxiləsi və Bakını dəstəkləməsi səbəbindən gərginləşib.

Türkiyə prezidenti əlavə edib: " Baxış və gözləntilərdə fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də daxil, qarşılıqlı etimad əsasında yaxşı qonşuluq münasibətləri qurmaq üçün səmimi səy göstərmək lazımdır".

Teqlər