Türkiyə-ABŞ münasibətləri yaxşı deyildir
https://azeri.sahartv.ir/news/türkiyə-i381413-türkiyə_abŞ_münasibətləri_yaxşı_deyildir
Türkiyə prezidenti bildirib ki, Ankara ilə Vaşinqton arasındakı münasibətlərdə yaxşı proses mövcud deyildir.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 24, 2021 10:27 Asia/Baku
  • Rəcəb Tayyıb Ərdoğan
    Rəcəb Tayyıb Ərdoğan

Türkiyə prezidenti bildirib ki, Ankara ilə Vaşinqton arasındakı münasibətlərdə yaxşı proses mövcud deyildir.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Tayyıb Ərdoğan BMT Baş Assambleyasının sessiyasında iştirak üçün Nyu-Yorka səfərində müxbirlərə müsahibə verib.

«Düzünü deyim, Amerika-Türkiyə münasibətlərində yaxşı bir gedişatın olduğunu deyə bilmərəm. F-35 qırıcılarını satın aldıq, pulunu ödədik, amma bu qırıcılar hələ də əlimizə çatmayıb.»-deyə, Ərdoğan bildirib və qeyd edib ki; «onlar Türkiyənin Rusiyanın S-400 sistemindən istifadə etməsi bəhanəsilə F-35 qırıcılarını təhvil verməyiblər.

Ərdoğan Nyu-Yorkda jurnalistlərə sonra bunları söyləyib: Amerikanın S-400 məsələsi ilə daima bizə təzyiq göstərməsi qəbuledilməzdir. Bizim üçün S-400 məsələsi bitibdir. Burdan bir addım geri dönə bilmərik.