Türkiyə və Rusiya prezidentləri Soçidə görüşüblər
https://azeri.sahartv.ir/news/türkiyə-i381605-türkiyə_və_rusiya_prezidentləri_soçidə_görüşüblər
Rusiya prezidenti Soçi şəhərində Türkiyə prezidenti ilə keçirdiyi görüşdə, ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələləri müzakirə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2021 20:07 Asia/Baku
  • Türkiyə və Rusiya prezidentləri Soçidə görüşüblər

Rusiya prezidenti Soçi şəhərində Türkiyə prezidenti ilə keçirdiyi görüşdə, ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələləri müzakirə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə, Liviya və Suriya da daxil olmaqla beynəlxalq arenada Rusiya ilə Türkiyə arasında əməkdaşlığın uğurla davam etdiyini bəyan edərək, Moskva ilə Ankara arasında danışıqların hər zaman problemsiz olmadığını, amma nəticənin müsbət olduğunu söyləyib.

Ərdoğan da görüşdə, Putinlə beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparmaqla yanaşı, tikintisi Rusiyanın işbirliyi ilə davam edən  "Akkuyu" Atom Elektrik Stansiyasının birinci bölməsinin 2022-ci ildə  açılışının mümkünlüyünü qeyd edib.