Türkiyə İraqın şimalına hava zərbələri endirib
https://azeri.sahartv.ir/news/türkiyə-i382401-türkiyə_İraqın_şimalına_hava_zərbələri_endirib
Türkiyənin İraqın şimalına endirdiyi qanunsuz hava zərbələrində PKK-nın iki üzvü öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2021 09:50 Asia/Baku
  • Türkiyə İraqın şimalına hava zərbələri endirib

Türkiyənin İraqın şimalına endirdiyi qanunsuz hava zərbələrində PKK-nın iki üzvü öldürülüb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin Müdafiə Nazirliyi bu hücumun İraqın şimalındakı "Avaşin" bölgəsində baş verdiyini bildirib.

Türkiyənin Daxili İşlər Nazirliyi də İraqda PKK-ya qarşı əməliyyatların davam edəcəyini bildirib. 

Türkiyə ordusunun son illərdə PKK qüvvələrini zərərsizləşdirmək bəhanəsi ilə İraqın şimalına qanunsuz hücumları elə bir halda davam edir ki, Bağdad dəfələrlə bu hücumları qınayıb və onu İraqın suverenliyi və ərazi bütövlüyünün pozulması kimi dəyərləndirib.