Noy 05, 2021 14:47 Asia/Baku
  • Türkiyə Rusiya ilə qaz müqaviləsini uzadacaq
    Türkiyə Rusiya ilə qaz müqaviləsini uzadacaq

Türkiyənin energetika naziri bildirib ki, ölkəsi Rusiyadan təbii qaz idxalı üzrə müqaviləni 2022-ci ilin əvvəlindən uzadacaq.

SəhərAzəri-nin məlumatına əsasən,  Fateh Dönməz deyib ki, bu müqavilə haqda razılaşma demək olar ki, əldə olunub.

Türkiyənin cari ildə təbii qaza olan yüksək tələbatı, qaz idxalı üzrə uzunmüddətli müqavilələri uzatmadığı bir şəraitdə bu ölkəni təkməhsullu bazarda alqıları artırmağa məcbur edib.

Türkiyənin ildə təqribən 48 milyard kubmetrlik qaz idxalı barədə müqaviləsi var. Yəni, o, təkməhsullu bazarlardan 13 milyard kubmetrə yaxın mayeləşdirilmiş təbii qaz- LNG almalıdır ki, bunun da qiyməti hal-hazırda astronomik həddə qalxıbdır.

Avropanın ən iri qaz idxalçılarından olan Türkiyə/ boru kəmərləri vasitəsilə Rusiya, İran və Azərbaycan Respublikasından təbii qaz, həmçinin Nigeriya, Əlcəzair və təkməhsullu bazardan mayeləşdirilmiş təbii qaz- LNG idxalına istinad edir.

Bu ölkənin illik ümumi həcmi on altı milyard kubmetr olan dörd uzunmüddətli import müqaviləsi vardır ki, onların müddəti bu il başa çatacaq. Türkiyə elektrik stansiyalarında istifadə olunan təbii qazın qiymətini 47, sənayedə istifadə edilən qazın qiymətini isə 48 faiz artırıb. Belə bir halda, Ankara adi istehlakçılar üçün qazın qiymətini heç bir dəyişiklik etmədən olduğu kimi saxlayıbdır.

 

Teqlər