Türkiyədə enerji qiymətləri kəskin artıb
https://azeri.sahartv.ir/news/türkiyə-i382883-türkiyədə_enerji_qiymətləri_kəskin_artıb
Türkiyədə soyuq mövsüm ərəfəsində yanacaq daşıyıcılarının bahalaşması bu ölkə əhalisini narahat edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2021 16:09 Asia/Baku
  • Türkiyədə enerji qiymətləri kəskin artıb

Türkiyədə soyuq mövsüm ərəfəsində yanacaq daşıyıcılarının bahalaşması bu ölkə əhalisini narahat edib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyədə qaz təchizatı ev təsərrüfatlarının gəlirlərinin 10 faizdən çoxunu təşkil edir.

Türkiyədə enerji daşıyıcılarının, xüsusilə də qazın qiymətlərinin təkrar artması və milli valyuta olan lirənin ardıcıl devalvasiyası milyonlarla insanı çətin vəziyyətə salıb.

Son iki ildə, Avropada qaz və elektrik enerjisi qiymətlərində ən yüksək artım Türkiyədə qeydə alınıb və bu ölkə 47 faiz qiymət artımı ilə cədvəldə liderdir. 

Son illər Türkiyədə lirənin dollar qarşısında devalvasiyası, işsizlik və inflyasiya prezident Rəcəb Tayyib Ərdoğana qarşı tənqidlərin artmasına səbəb olub.