Noy 28, 2021 11:36 Asia/Baku
  • Mövlud Çavuşoğlu
    Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri İslamabad-Tehran-İstanbul dəhlizinin işə salınmasının region ölkələrinin inkişafı və razılıq mənbəyi adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən,  Mövlud Çavuşoğlu Türkmənistanın paytaxtı Aşqabadda keçirilən və İranın da daxil olduğu EKO iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrin 15-ci sammitində deyib ki, üzərində təmərküzləşməli olan sahələrdən biri, regional ticarət və kommunikasiyadır.

Çavuşoğlu bildirib ki, Asiya nəinki bir istehsal mərkəzidir, həm də inkişaf etməkdə olan ən iri istehlak bazarıdır.

Türkiyənin xarici işlər naziri sözlərinə belə davam edib: Məncə, EKO mədəni mərkəzlər və tarixi ticarət marşrutlarının mərkəzində yerləşən bir təşkilat kimi daha fəal hərəkət etməlidir.

 

Teqlər