Noy 28, 2021 14:34 Asia/Baku
  • Ərdoğan
    Ərdoğan

Türkiyə prezidenti bu ölkə orqanlarına Türkiyədə xalq etirazlarına gətirib çıxaran lirənin devalvasiyası barədə araşdırmanın aparılması haqda göstəriş verib.

SəhərAzəri-nin məlumatına əsasən,Lirənin dollar qarşısında kəskin şəkildə tənəzzül etməsindən və onun cari həftədə minimum həddə etnməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bu ölkənin pul vahidinin dəyərinin ehtimal üzrə manipulyasiya edilməsi ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Türkiyə prezident aparatının bəyanatında deyilir ki; məqsədlərinin müəyyən edilməsi üçün iri miqdarda valyuta almış müəssisələr barədə təhqiqatlar başlanıb.

Türkiyə xalqından minlərlə nəfər bundan öncə bu ölkənin Ankara və İstanbul kimi iri şəhərlərində aksiyalar keçirməklə bir daha Türkiyənin pul vahidinin misli görünməmiş tərzdə dəyər itirməsinə, bahalıq və inflyasiyaya, Ərdoğan hökumətinin iqtisadi problemlərin aradan qaldırılması sahəsindəki tədbirsizliyinə etiraz edib.

Bu nümayişlər, Ərdoğan hökuməti ilə Avropa ölkələri və Amerika arasında son gərginliyin yaranmasının ardınca Türkiyənin pul vahidinin ABŞ dolları qarşısında tənəzzül istiqamətində qərar tapmasından və minimum tarixi miqdarlardan birinə, yəni bir dollar qarşılığında on iki tam yüzdə qırx üç lirəyə enməsindən sonra baş veribdir.

 

Teqlər