Dek 01, 2021 15:06 Asia/Baku
  • Vaxtı ilə Türkiyə hökuməti azərbaycanlıların qırğınında iştirak edib

Türkiyə Prezidenti vaxtı ilə Türkiyə hökuməti tərəfindən SSRİ-nin zülmündən qaçan onlarla azərbaycanlının Sovetə qırdırılmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin televiziya kanallarına müsahibəsində Azərbaycan Respublikasında hərbçiləri daşıyan vertalyotun qəzaya uğraması nəticəsində 14 hərbçinin həlak olması münasibəti ilə başsağlığı verərkən SSRİ dövründə imperiya əsarətindən qaçan azərbaycanlıların həmin vaxt iqtidarda olan CHP rəsmiləri tərəfindən yenidən SSRİ-yə geri qaytarıldığını qeyd edib.

Rəcəb Təyyib Ərdoğan deyib: “146 azərbaycanlı qardaşımız SSRİ-nin zülmündən qaçaraq Türkiyəyə sığınmışdı. Təəssüf ki, CHP rəhbərliyi onları Stalin əsgərlərinin ixtiyarına verdi.

Türkiyə prezidenti Sovetə təhvil verilən Azərbaycanlıların Boraltan körpüsündən keçərkən qətlə yetirildiklərini xatırladaraq deyib:  Onlar türk əsgərlərinə “bizi onlara verməyin, öldürün”, - deyiblər.

Teqlər