Fev 18, 2022 11:42 Asia/Baku
  • Ərdoğan
    Ərdoğan

Ərdoğan bir daha Türkiyənin inflyasiya, valyuta və faiz məzənnəsilə bağlı problemlərdən xilas olacağı vədini verib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan çətin günlər keçirir. Bu ölkənin milli pul vahidi olan lirənin dəyəri son dərəcə tənəzzül edib, inflyasiya göstəricisi artıb, xalq arasında yoxsulluq şiddətlənib və qarşılıqlı olaraq, Ərdoğanın və hakim Ədalət və İnkişaf Partiyasının reytinqi aşağı düşüb.

Ərdoğanın iqtisadi böhranın yaxın gələcəkdə bitəcəyi barədəki təkrar-təkrar etdiyi vədlərinə rəğmən, indiyədək onun bu problemin həlli üzrə bütün tədbirləri uğursuz qalıbdır.

Rəcəb Tayyıb Ərdoğan dünən belə deyib: Türkiyə digər problemlər kimi inflyasiya, valyuta və faiz məzənnəsilə bağlı problemlərdən qurtulacaq.

Türkiyə prezidenti iddia edib ki; faiz məzənnəsilə bağlı problemlər demək olar ki, xeyli azalıb və hazırda valyuta məzənnəsində sabitliyin şahidiyik.

 

Teqlər