Sionist rejim başçısının Türkiyə səfəri bu ölkə xalqının etirazı ilə qarşılanıb
https://azeri.sahartv.ir/news/türkiyə-i386719-sionist_rejim_başçısının_türkiyə_səfəri_bu_ölkə_xalqının_etirazı_ilə_qarşılanıb
Sionist rejim başçısı İshaq Hersoq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə bu gün (çərşənbə axşamı) Ankaraya səfər edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2022 07:56 Asia/Baku
  • Sionist rejim + Türkiyə
    Sionist rejim + Türkiyə

Sionist rejim başçısı İshaq Hersoq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə bu gün (çərşənbə axşamı) Ankaraya səfər edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Bu səfər elə bir halda baş tutur ki, dünən yüzlərlə Türkiyə vətəndaşı sionist rejim əleyhinə etiraz aksiyası keçirib. Nümayişdə saxta rejimin bayrağı yandırılıb.

Nümayişçilər İstanbulun Taksim meydanına toplaşaraq, uşaq öldürən sionist rejim əleyhinə şüarlar səsləndirib və onun bayrağını yandırıblar.

Etirazçılar Türkiyənin sionist rejimlə əlaqələrinin normallaşdırılmasını rədd edərək, bəyan ediblər ki, bu ölkə xalqı qanının son damlasına qədər müqəddəs amalları müdafiə etməyə və Fələstin xalqını dəstəkləməyə davam edəcək.

Sionist rejim başçısının Türkiyəyə səfəri elə bir haldadır ki, Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə hökumətinin rəsmiləri İsrail rejiminin işğalçılığı qarşısında Fələstin xalqını dəstəklədiklərini dəfələrlə bəyan ediblər, amma bu dəstək təkcə sözdə olub.