Türkiyə Rusiya əleyhinə sanksiyalara qarşı çıxıb
Türkiyənin xarici işlər naziri bu ölkənin Qərbin anti-Rusiya kampaniyasına və hökumətlər tərəfindən Rusiya əleyhinə tətbiq edilmiş sanksiyalara qarşı çıxdığını təkrar edib.
SəhərAzəri-nin məlumatına əsasən, Mövlud Çavuşoğlu bu gün deyib ki, Türkiyə BMT-nin sanksiyalarına tabe olur. Amma Ankaranın hökumətlər tərəfindən tətbiq edilmiş sanksiyalara qoşulması, bu ölkənin vasitəçiliyinə görə, real deyildir.
Çavuşoğlu Rusiya və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba ilə danışıqlar üzrə niyyətindən söz açıb.
Türkiyənin xarici işlər naziri həmçinin deyib ki, bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğan da qarşıdakı günlərdə Rusiya və Ukraynanın prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə telefon söhbəti aparmaq niyyətindədir.
Qeyd etmək lazımdır ki, Türkiyə kəskin iqtisadi böhranla üzləşir və Ərdoğan seçicilərin yanındakı reytinqini itirib.
Müşahidəçilər Ərdoğan ilə onun hökumətinin Ukrayna böhranında vasitəçilik rolunu oynamaq üzrə diplomatik səylərini Türkiyənin daxili durumu ilə əlaqələndirirlər.