Türkiyə Rusiyadan ikinci S-400 alayını almaqda israrlıdır
https://azeri.sahartv.ir/news/türkiyə-i388619-türkiyə_rusiyadan_ikinci_s_400_alayını_almaqda_israrlıdır
Türkiyə prezidenti ölkəsinin Rusiyadan S-400 zenit-raket sistemlərinin ikinci komplektinin alacağını vurğulayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 30, 2022 07:56 Asia/Baku
  • Türkiyə Rusiyadan ikinci S-400 alayını almaqda israrlıdır

Türkiyə prezidenti ölkəsinin Rusiyadan S-400 zenit-raket sistemlərinin ikinci komplektinin alacağını vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Türkiyə ilə ABŞ və Şimali Atlantika Alyansı NATO arasında mübahisəni gücləndirən S-400 zenit-raket kompleksinin ikinci seriyasını əldə etmək üçün səylərini davam etdirəcəyini bildirib. 

Ötən çərşənbə axşamı günü də Türkiyənin müdafiə sənayesi departamentinin rəhbəri ölkəsinin Rusiyadan S-400 zenit-raket komplekslərinin ikinci alayının alınması imkanını nəzərdən keçirdiyini bildirib. 

İsmayıl Dəmir qeyd edib ki, Rusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin ikinci alayının tədarükünə dair müqavilə imzalanıb və Türkiyə ABŞ-ın təhdidlərinə baxmayaraq, əvvəldən buna razılaşıb və indi artıq qəbul edilmiş bu qərarın icrası mərhələsindədir.