Ermənistan və Türkiyə razılığa gəliblər
https://azeri.sahartv.ir/news/türkiyə-i388739-ermənistan_və_türkiyə_razılığa_gəliblər
Ermənistan və Türkiyə ilkin şərt olmadan normallaşma prosesini davam etdirmək barədə razılığa gəlib. Bu barədə Türkiyə XİN bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 03, 2022 16:24 Asia/Baku
  •  Ermənistan və Türkiyə razılığa gəliblər

Ermənistan və Türkiyə ilkin şərt olmadan normallaşma prosesini davam etdirmək barədə razılığa gəlib. Bu barədə Türkiyə XİN bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Türkiyə Xarici İşlər Nazirliyi, Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndələri Səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada baş tutan görüş barədə bəyanat yayıb.

Bəyanata görə, nümayəndələr bu proses vasitəsilə iki ölkə arasında tam normallaşmaya nail olmaq kimi daha əvvəl elan edilmiş məqsədi təsdiqləyiblər.

 “Bu kontekstdə konkret fikirlər ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparılıb, bu istiqamətdə irəliləyiş üçün atıla biləcək mümkün addımlar müzakirə olunub. Xüsusi Nümayəndələr prosesi ilkin şərt olmadan davam etdirməyə razılıqlarını bir daha təkrarladılar”, - deyə bəyanatda deyilir.

Qeyd edək ki, bu gün Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşü baş tutub. Bu xüsusi nümayəndələr arasında üçüncü görüşdür.