İyul 01, 2022 16:50 Asia/Baku
  • Qırğızıstan hava limanları Türkiyəyə həvalə olunub

Qırğızıstanın baş naziri bu ölkənin “Manas” və “Oş” hava limanlarının bir türk şirkətə həvalə olunduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, bu mətləbi Qırğızıstan parlamentinin üzvləri qarşısında bəyan edən Aqil bek Cabbarov deyib: Bundan qabaq dövlət-özəl sektor iştirakı çərçivəsində bu iki hava limanından istifadə üçün bir tender elan olunmuşdu, amma maraqlanan tərəflər qırğız rəsmilərin nəzərdə tutduqları şəraitə malik deyildilər. Buna görə, türk şirkəti olan "Nid" şirkətilə danışıqlar aparıldı.

Qırğızıstanın baş naziri əlavə edib ki, “Manas” və “Oş” hava limanlarının paylarının əlli faizinin bu türkiyəli şirkətin ixtiyarına verilməsi qərara alınıb.

Aqil bek Cabbarov deyib: Qırğızıstan prezidenti bu həvaləni bu şərtlə qəbul edibdir ki, əgər türkiyəli tərəf iki il ərzində müqavilədəki öhdəliklərinə əməl etməzsə, qoyulmuş sərmayələr Qırğızıstan hökumətinin hesabına köçürüləcək.

Teqlər