İyul 07, 2022 12:34 Asia/Baku
  • Ərdoğan
    Ərdoğan

Türkiyə prezidenti ölkədə vəziyyətin yaxşılaşmasını hakim partiya koalisiyasının 2023-cü il ümumi seçkilərində qələbəsi ilə əlaqələndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə aylar öncədən bəri kəskin iqtisadi böhranla üzləşir və Ədalət və İnkişaf partiyasından olan Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın hökumətinin bu sahədəki bütün səyləri uğursuz qalıbdır.

Aparılmış rəy sorğularına əsasən, hakim partiya qarşıdakı seçkilərdə uğur qazanmayacaq, amma Türkiyənin hazırkı dövlət başçıları türk seçicilərin diqqətini çəkmək üçün əllərindən gələni edirlər.

Ərdoğan dünən öz partiya məsləkdaşları arasında deyib ki, böyük və qüdrətli Türkiyənin qurulması, «Cümhur» koalisiyasının 2023-cü il prezident seçkilərində qalib gəlməsindən asılıdır.

Ərdoğan sonra Kürdüstan Fəhlə Partiyası- PKK-nın və Fəthullah Gülənə mənsub olan FETO qrupunun adlarının mənfi qruplar kimi dərc olunmasını onun hökumətinin mühüm nailiyyəti kimi təqdim edib.

 

Teqlər