FETÖ başçısı xəstəxanaya yerləşdirilib
https://azeri.sahartv.ir/news/türkiyə-i391016-fetÖ_başçısı_xəstəxanaya_yerləşdirilib
Fəthullahçı terror təşkilatının (FETÖ) lideri Fəthullah Gülən xəstəxanaya yerləşdirilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 11, 2022 07:56 Asia/Baku
  • FETÖ başçısı xəstəxanaya yerləşdirilib

Fəthullahçı terror təşkilatının (FETÖ) lideri Fəthullah Gülən xəstəxanaya yerləşdirilib.

SəhərAzəri-nin məlumatına əsasən,, bu barədə FETÖ-nün internet saytında məlumat verilib.

Gülənin təbliğatının aparıldığı herkul.org saytı onun xəstəxanada olduğunu təsdiqləyib.

FETÖ-nün rəhbər heyəti Gülən üçün dualar istəyib.

Türkiyə mətbuatı Gülənin durumunun ağır olduğunu yazıb.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Fətullah Güləni və onun başçılıq etdiyi qrupu 2016-ci il 15 iyul dövlət çevrilişinə cəhd əməliyyatında günahlandırır və Amerikada yaşayan təşkilat başçısının Türkiyəyə təhvil verilməsini tələb edir. Ancaq Amerika bu günədək rəsmi Ankaranın bu tələbinə etina etməmişdir.