Okt 23, 2022 09:36 Asia/Baku
  • Ərdoğan: Hicabla bağlı referendum keçirilsin!

Türkiyə prezidenti hicab məsələsinin referenduma çıxarılmasını təklif edib.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Təyyib Ərdoğan qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsini ümumxalq səsverməsinə çıxarmağı təklif edib.

“Gəlin, bu məsələni referenduma çıxaraq, xalq qərar versin”, – deyə o, şənbə günü Malatya şəhərindəki çıxışı zamanı bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Ərdoğan əsas qanunda qadınların müsəlman atributlarını geyinmək hüququnu təmin edən dəyişikliklərin hazırlanmasını təklif edib.

Teqlər