Z.Həsənov və B.Qantz İrana qarşı fitnəkaralıq üçün Ankaraya daxil olublar!
Azərbaycan Respublikasının müdafiə və sionist rejimin müharibə nazirləri Türkiyənin müdafiə naziri ilə danışıqlar aparmaq və İran əleyhinə fitnəkarlıq törətmək məqsədilə Ankaraya daxil olublar!
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının «ARB 24» telekanalının verdiyi məlumata görə, bu ölkənin müdafiə naziri Zakir Həsənov Türkiyədə işgüzar səfərdə olarkən sionist rejimin müharibə naziri Beni Qantz Yunanıstana səfərini təxirə salıb və gözlənilmədən Ankaraya daxil olub.
Azərbaycan Respublikası ilə sionist rejimin hərbi nazirləri öz türkiyəli həmkarları Hulusi Akarla görüşəcəklər.
Azərbaycan Respublikasının bu telekanalı Beni Qantz və Hulusi Akarın oktyabrın dördündə eyni vaxtda Bakıya səfər etmələrinə işarə ilə ehtimal veribdir ki, Azərbaycan Respublikasının və sionist rejimin hərbi nazirlərinin eyni vaxtda Türkiyəyə səfərlərinin elan olunmamış və mühüm məqsədi, İrana qarşı tədbirlər üzrə koordinasiyadır..
Bu telekanal həmçinin Türkiyənin silahl şirkətlərindən «Barkan» tipli robotlar və raket alqısı üzrə Bakı-Ankara danışıqlarından xəbər verib.