Noy 08, 2022 13:47 Asia/Baku
  • AKP hökuməti tenderlərdə şəffaflığı təmin etmir

AKP hökuməti podratçıya istədiyi işi verməyə davam edir və tenderin şərtlərinə əməl etməkdən boyun qaçırır.

SəhərAzəri türk mediasına istinadən xəbər verir ki, AKP xüsusilə Dövlət Satınalmaları Qanununun əsas prosedur kimi nəzərdə tutduğu iri tenderlərdə rəqabətə imkan verən “Açıq Prosedur”dansa gizli tenderlərə üstünlük verir. Hökumət, qanunun zəlzələ kimi fövqəladə vəziyyətlərdə tətbiq ediləcəyini istisna olaraq təyin etdiyi "21-b Bazarlıq" prosedurundan istədiyi işi istədiyi şirkətə vermək vasitəsi kimi istifadə edir. Bu maddə əsasında keçirilən tenderlərdə elan tələbi yoxdur. Tenderi keçirəcək rəhbərlik istədiyi şirkətlərə xüsusi dəvətnamələr göndərir.

Bu günlərdə bağlı qapılar arxasında, heç kimə elan edilmədən keçirilən 4 tenderin hamısı Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən təşkil olunub və ümumi dəyəri 1 milyard 241 milyon TL-dir.

Teqlər