Noy 13, 2022 12:39 Asia/Baku
  • Ərdoğan terrorun mərkəzini göstərdi; Amerika

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Avropa ölkələrinin dəstəyi ilə bu ölkədə dövlət çevrilişi həyata keçirməyə cəhd göstərən Fətullah Gülənə ABŞ-da xüsusi şərait yaradıldığını deyib.

“Amerika bu adamı (Fətullah Güləni-red.) gizlədir. Bayden gizlədir.Pensilvaniyada onlara nəhəng bir malikanə verdilər, bu adam orada yaşayır. Məndən soruşsanız, terrorun mərkəzi haradadır, bax məni oranı deyə bilərəm”,- Türkiyə prezidenti bildirib.

Ərdoğan ABŞ-dan əlavə digər qərb ölkələrinin də bu terror təşkilatının tərəfdarlarını gizlətdiklərini xatırladıb.

"Hazırda onlara kim sahib çıxır? İlk növbədə Yunanıstan. Yunanıstana, Avropaya qaçıb gediblər. Həmişə oralarda qaçıblar: Almaniyada, Fransada, Hollandiyada, Danimarkada, İngiltərədə, Amerikada yaşayırlar.”,- Türkiyə prezidenti deyib.

Teqlər