Fev 10, 2023 20:58 Asia/Baku
  • Türkiyə zəlzələsində ölənlərin sayı 19 min nəfəri keçib

Rəsmi statistikalar göstərir ki, Türkiyə və Suriyada baş vermiş ölümcül zəlzələnin qurbanlarının sayı iyirmi iki min nəfəri keçib

SəhərAzəri-nin məlumatına əsasən, Rəsmi orqanların bildirdiklərinə görə, Suriyada zəlzələ qurbanlarının sayı azı 4037 nəfərə çatıb. Altı min yüz nəfərdən çox insan da yaralanıbdır.

Zəlzələdən zərər çəkmiş bölgələrdə uçqunların qaldırılması ilə yenilənən Türkiyə və Suriyada ölən və yaralananların sayının rəsmi şəkildə bildirilməsinə rəğmən, Ümundünya Səhiyyə Təşkilatı vurğulayıbdır ki, ehtimal üzrə sözügedən təbii fəlakətdə iyirmi min nəfərə yaxın insan həyatını itirib.

Türkiyənin cənub bölgələrində güclü yeraltı təkanın baş verməsinin ardınca Ərdoğan bu ölkənin Adana, Adıyaman, Diyarbəkir, Qaziantep, Qəhrəmanmaraş, Kilis, Malatiya, Osmaniyyə, Hatay və Şanlı Urfa-ya şamil olan bəzi əyalətlərində fövqəladə vəziyyət elan edib.

Bu elan yerli rəsmilər və qanun icraçısı olan orqanların ixtiyarlarının artmasına, hökumətin də işləri daha yaxşı idarə edə bilmək üçün sözügedən bölgələrdə bəzi qanunların icrasını ləğv və ya yeni qanunlar tətbiq etməsinə səbəb olacaq

 

Teqlər