Türkiyənin xüsusi elçisi Serdar Kılıç Ermənistanın humanitar yardımını alqışladı
“Biz Ermənistanın dəstəyini heç vaxt unutmayacağıq”
Türkiyə hökumətinin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi bildirib ki, Ermənistanın zəlzələdən sonra Türkiyəyə yardım etməsi bu mərhələdə mühüm hadisədir.
Sərdar Kılıç deyib: “Coğrafiyamız, yerləşdiyimiz ərazi bizim taleyimizi şərtləndirən mühüm amillərdən biridir. Region ölkələrinin dəstəyi ağrı və kədərin azaldılmasında mühüm amildir. Bölgənin digər ölkələri kimi erməni xalqı da bu ağrılı anda türk xalqının yanında olmaq üçün səy göstərmiş, axtarış-xilasetmə qrupları, eləcə də yük maşınları ilə humanitar yardım göndərmişdir”.
Türkiyəli diplomat sonra qeyd edib: “Ermənistanın xarici işlər naziri Ankaraya gəldi və erməni xalqı adından başsağlığı verdi. Təbii ki, bunlar hazırkı mərhələdə mühüm irəliləyişlərdir və biz Ermənistanın bu dəstəyi unutmayacağıq. Bu, çox mühüm hadisədir. Eyni zamanda ağrılar insanları birləşdirir. Biz mühüm proseslərdən keçirik”.