Fev 24, 2023 20:51 Asia/Baku
  • Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardımlarına görə İrana təşəkkür edilib

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının sədri İran Qızıl Aypara Cəmiyyətinin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə olan sürətli və təsirli yardımlarına görə İrana təşəkkür edib.

İran Qızıl Aypara Cəmiyyətinin yardım və xilasetmə üzrə ixtisaslaşmış dəstələri və humanitar yardımlarını daşıyan təyyarələri Türkiyə və Suriyanın zəlzələdən zərər çəkən bölgələrində eniş edən və ev sahibi olan iki ölkənin Qızıl Aypara Cəmiyyətləri ilə anlaşmada xilasetmə əməliyyatını irəliyə aparan dünya üzrə ilk milli cəmiyyət olubdur.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının sədri Françesko Rokka İran Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kulivəndə məktubda yazıbdır ki, başçılıq etdiyi federasiya humanitar tapşırıqların yerinə yetirilməsi sahəsində İranın kənarındadır.

Rokka öz məktubunun sonunda belə qeyd edib: Fövqəladə şəraitin meydana gəlməsinin elə əvvəlindən ehtiyaclılara dəstək və insanların həyatlarının xilas edilməsi üçün yorulmaq bilmədən səy göstərmiş İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin işçiləri və könüllülərinə təşəkkür və minnətdarlıq səviyyəsini ifadə etməkdə sözlər acizdirlər.

 

 

Teqlər