Türkiyədə zəlzələdə ölənlərin sayı artır
https://azeri.sahartv.ir/news/türkiyə-i398136-türkiyədə_zəlzələdə_ölənlərin_sayı_artır
Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 47 min 975-ə yüksəlib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 12, 2023 12:22 Asia/Baku
  • Türkiyədə zəlzələdə ölənlərin sayı artır

Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 47 min 975-ə yüksəlib.

Türkiyənin fövqəladə hallar təşkilatı AFAD-ın sədri Yunus Sezer bildirib ki, 935 min 722 vətəndaş isə zəlzələ bölgəsindən təxliyə edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib və ciddi dağıntılara səbəb olub.

Birləşmiş Millətlər Təşkilatı insan tələfatı ilə yanaşı zəlzələnin Türkiyə iqtisadiyyatına 100 milyard dollar ziyan vurduğunu təxmin edir.