Apr 20, 2023 16:24 Asia/Baku
  • Süleyman Soylu:

ABŞ "nüfuzunu itirməkdə davam edir" və bütün dünya "Amerikaya nifrət edir", Avropa isə ABŞ-ın "piyada fiqurudur". Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda Topkapı İctimai Təsislərində gənclərlə imsaq edərkən bunları söyləyib.

Türkiyənin Daxili İşlər Naziri mayın 14-də keçiriləcək seçkilərdən danışıb. Türkiyənin hekayəni dəyişdiyini ifadə edən Soylu, "Onun üçün Amerika, Avropa sıxışdırır, PKK sıxışdırır. Bu, Türkiyənin tam müstəqillik üçün seçimidir" - deyib.

Nazir onu da bildirib ki, Qərb bütün dünyaya mədəniyyət və vərdişləri yağış, qar kimi sırımağa, bunu öz adına iqtisadiyyata çevirməyə və vahid insan formalaşdırmağa çalışır. Bu missiyanın qəddar kapitalizmdən istifadə edən bir quruluş tərəfindən yaradıldığını ifadə edən Soylu, "Dünyanın bizə yağdırdığı təhlükənin hələ də daha böyük olduğunu düşünürəm" söyləyib.

"Mən terrorizmdən qorxmuram. Onların təsir dairəsi aydındır və onlara qarşı mübarizə də aydındır. Amma dünyanın ən böyük təhlükələrindən biri mədəni terrordur və biz mədəni terrorla üz-üzəyik. Ailə quruluşu, mənəviyyat, böyük və ya kiçik, hər ölkənin sivilizasiyasını, tarixini, dinimizi, ana və atalarımızın bizə öyrətdiklərini, inanclarımızı, adət-ənənələrimizi, adətlərimizi məhv etməyə yönəlmiş mədəni terrorla qarşı-qarşıyayıq", - deyə o, sözünə davam edib.

Avropa və Amerikadakı demokratiya problemlərinə də toxunan Soylu, İngiltərədə ard-arda üç baş nazirin dəyişdirildiyini vurğulayıb:

"İndi də dəyişəcəkdilər, amma ayıb olar deyə edə bilmirlər. Demokratiya ilə dəyişdilər? Xeyr. Bəyənmədilər və dərhal dəyişdilər. Bəs sən necə demokratiya beşiyisən?”, Soylu deyib.

Soylu ötən il İstanbulda baş verən terror hadisəsindən sonra Ankaranın Vaşinqtonun başsağlığını qəbul etmədiyini bildirib. Daha sonra Türkiyənin daxili işlər naziri ABŞ səfirini ölkəsindən "çirkli əllərini çəkməyə" çağırıb.

"Avropa deyə bir şey yoxdur. Bunu (Avropanı) başınızda çox da şişirtməyin. Amerika var. Avropa Amerikanın karvanında bir qatardır. Onda xüsusi bir nə isə yoxdur", - deyə qəzet onun sözlərindən sitat gətirib.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, "Avropa liderləri daim nüfuzdan düşür, əhali qocalır". "Onlar (avropalılar) iqtisadi istehsalda çətinliklər yaşayırlar və onları yaşamağa davam edəcəklər", - deyə o, sözünə davam edib.

Soylu, Amerikanın etibarını itirməkdə davam etdiyini və bütün dünyanın Amerikaya nifrət etdiyini, Avropanın Amerikanın Afrikadakı "piyada fiquru" olduğunu, bütün Afrika dövlətlərinin onları istismar edən dövlətlərə nifrət etdiyini və öz yerli dillərinə müraciət etdiklərini bildirib.

Süleyman Soylu onu da qeyd edib ki, "artıq Qərbin suverenliyi yoxdur":

"Artıq onların belə bir suverenliyi yoxdur, amma vərdişlərini saxlamağa çalışırlar”,- Türkiyənin daxili işlər naziri bildirib.

Teqlər