Türkiyə hökuməti 42 millət vəkilinin məhkəmə toxunulmazlığının ləğv olunmaslını istədi
Türkiyə hökuməti iddia qaldıraraq bu ölkənin Milli Məclisinə qanun layihəsi təqdim etməklə Türkiyə parlamentinin 42 deputatının məhkəmə toxunulmazlığının ləğvini tələb edib.
SəhərAzəri-nin məlumatına görə, Məlumata görə, Türkiyə hökuməti 65 məhkəmə işi qaldıraraq, Milli Məclis sədrinin müavini Nemətullah Ərdoğmuş və Zəfər partiyasının başçısı Ümid Özdağ da daxil olmaqla bir sıra parlament üzvlərinin məhkəmə toxunulmazlığının ləğvini tələb edilərək onların işləri Böyük Millət Məclisinin sədrinə həvalə edilib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezident administrasiyası ölkənin Milli Məclisinə qanun layihəsi göndərməklə Türkiyə Milli Məclisinin 22 deputatının toxunulmazlığının ləğvini tələb etmişdi.
Bu nümayəndələrin məhkəmə toxunulmazlığının ləğvi tələbinin səbəbi hələlik açıqlanmayıb, lakin onların əksəriyyətinin kürd partiyalarına məmsub olmasını nəzərə alsaq, onların toxunulmazlığının götürülməsi məsələsinin terror qruplaşmalarına, o cümlədən Kürdüstan Fəhlə Partiyası P.K.K.-ya dəstək verməsi ilə bağlı olduğu ehtimal edilir.