May 03, 2023 17:53 Asia/Baku
  • ABŞ hərbçiləri Suriyanın kürd silahlılarına hərbi təlim keçir

ABŞ qüvvələri Suriyanın şimal-şərqində 230 kürd silahlısına hərbi təlim keçir.

SəhərAzəri-nin xarici mənbələrə istinadən məlumatınaa görə, 30 ABŞ hərbiçisi Şədadi məntəqəsində “Xalq Müdafiəçiləri Birlikləri” qüvvələrinin 230 kürd silahlı üzvü üçün hərbi təlimlərə başlayıblar.

Verilən hesabata əsasən, bu hərbi təlimlər Şədadinin “Şeyx Osman” kəndində başlayıb. Kürd silahlıları üçün nəzərdə tutulan təlimlər snayper silahlarından və artilleriyadan istifadə qaydaları, hərbi müdafiə üsulları və həmçinin, Amerika istehsalı olan “Bradley” zirehli maşınlarından istifadə qaydalarıdır.

Həmçinin, bildirilib ki, ABŞ hərbi helikopterləri təlim məntəqəsinin ətrafında kəşfiyyat uçuşları yerinə yetiriblər və təlimlərin bir neçə gün olacağı gözlənilir.

2017-ci ilin noyabr ayında ABŞ-ın Suriyadakı hərbi qolu olan İŞİD terror qruplaşmasının məğlubiyyəti ilə ABŞ qüvvələri bu qruplaşmanın yerini tutdular və elə həmin vaxtdan İŞİD-in əvəzinə Suriya neftini oğurlamağa başladılar.

ABŞ qüvvələrinin və onların himayəsi altında olan Əl-Həsəkə və Suriyanın digər şimal bölgələrindəki YPG silahlılarının işğalında olan məntəqələrdə vaxtaşırı yerli sakinlərə qarşı terror aktları törədilir.

Suriya hökuməti dəfələrlə vurğulayıb ki, ABŞ ordusunun, onun dəstəklədiyi silahlıların Suriyanın şərqində və şimal-şərqində bu ölkənin neftini qarət etməkdən başqa heç bir məqsədləri yoxdur, onların oradakı möcvudluğu qeyri-qanunidir.

Vaşinqtonun terrorçuları dəstəkləməsi Suriya dövləti ilə yanaşı Türkiyə tərəfindən də etirazla qarşılanır.

 

Teqlər