İyul 06, 2023 14:34 Asia/Baku
  • Türkiyədə misli görünməmiş istilik haqda xəbərdarlıq

Türkiyədə havanın temperaturu bu ölkə tarixində özünün ən yüksək həddinə çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ankarada, Türkiyə iqlim siyasətləri üzrə araşdırma mərkəzinin direktoru- Levənt Kornaz 2023-cü ilin bəşəriyyət tarixində ən isti il olacağını bildirib. Qeyd edib ki, böyük ehtimala qarşı, Türkiyədə də havanın temperaturu tarixdə yeni səviyyəyə çatacaq.

Türkiyə tarixində ən yüksək hərarətin 49,1 dərəcə selsi olduğunu bildirən Kornaz deyib ki, cari ildə Türkiyədə temperatur, asanlıqla əlli dərəcəni ötüb keçəcək.

Kornaz əlavə edib: Cari ilin yayında istilik sahəsində on-on iki yeni rekordun şahidi olacağıq, zira hələ isti yay günləri davam edir və get-gedə, havalar daha da istiləşəcəkdir.

Türkiyə hazırda/ dünya səviyyəsində temperaturun artmasının təsiri altında qərar tapıb.

İyul ayının dördündə dünya səviyyəsində temperaturun orta göstəricisi 17,18 dərəcə selsi təyin edilibdir ki, bu da həmin sahədə yeni rekord sayılır.

 

Teqlər