Avq 02, 2023 15:22 Asia/Baku
  • Türkiyədə bir neçə fabrikdə yanğın olub

Türkiyənin qərbində on fabrik yanıb.

Məlumata görə, hadisə çərşənbə axşamı axşam saatlarında Bursa vilayətinin "İnə Göl" ağac sənayesi qəsəbəsində baş verib.

Yanğın mebel fabrikində başlayıb, lakin güclü külək nəticəsində yaxınlıqdakı fabriklərə də keçib.

İki təyyarə və dörd yanğınsöndürmə helikopteri, beş əyalətdən 400 yanğınsöndürənlə birlikdə alovu idarə etməyə və onların digər fabriklərə keçməsinin qarşısını almağa çalışıb.

Bu böyük yanğının mümkün tələfatları və onun dəqiq səbəbi barədə hələlik heç bir məlumat dərc edilməyib.

Teqlər