Türkiyənin xarici işlər naziri sentiyabrın 3-ü İrana səfər edəcək
https://azeri.sahartv.ir/news/türkiyə-i403188-türkiyənin_xarici_işlər_naziri_sentiyabrın_3_ü_İrana_səfər_edəcək
Türkiyə Xarici İşlər Nazirliyi ölkənin xarici işlər nazirinin İran rəsmiləri ilə görüşmək üçün sabah bazar günü Tehrana gələcəyi xəbərini verib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 02, 2023 18:10 Asia/Baku
  • Türkiyənin xarici işlər naziri sentiyabrın 3-ü İrana səfər edəcək

Türkiyə Xarici İşlər Nazirliyi ölkənin xarici işlər nazirinin İran rəsmiləri ilə görüşmək üçün sabah bazar günü Tehrana gələcəyi xəbərini verib.

Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq, ölkənin xarici işlər naziri Hakan Fidanın sabah bazar günü İrana gələcəyini bildirib.

Bəyanatda bildirilir ki, Türkiyə xarici işlər nazirinin İrana səfəri zamanı İranla müxtəlif sahədə əməkdaşlığın gedişatı araşdırılacaq. Həmçinin, regional və qlobal hadisələr haqda iki tərəfli müzakirələr aparılacaq. 

Qeyd edək ki, Türkiyənin xarici işlər nazirinin bu səfəri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın dəvəti ilə baş tutacaq. 

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Rusiyaya səfərindən sonra  sabah Tehrana gələcək.