Sen 05, 2023 16:29 Asia/Baku
  • “Rusiya ilə əlaqələr daha da dərinləşir”

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşünün təfərrüatını açıqlayıb.

Türkiyə prezidenti vurğulayıb ki, inşaat işləri sürətlə davam edən Akkuyu Atom Elektrik Stansiyasından əlavə, Putinlə Sinop Atom Elektrik Stansiyasının tikintisini də müzakirə edib.

O, qeyd edib ki, bu ilin 7 ayında Türkiyəyə 3,5 milyon rusiyalı turist gəlib.

“Biz xüsusilə ticarət, enerji, kənd təsərrüfatı, turizm, iqtisadiyyat və maliyyə sahələrində çoxşaxəli əməkdaşlığımızı daha da gücləndirmək istəyirik. Ötən il ikitərəfli ticarət dövriyyəmiz təxminən 69 milyard dollara çatıb. 100 milyard dollarlıq hədəfimizə doğru möhkəm addımlar atırıq”, - deyə o qeyd edib.

Ərdoğan onu da vurğulayıb ki, Putuinlə görüşü zamanı Qara dəniz təşəbbüsünün canlandırılması da müzakirə obyekti olub. Bu kontekstdə Birləşmiş Millətlər Təşkilatı ilə məsləhətləşərək, əhəmiyyətli irəliləyişləri ehtiva edən yeni təkliflər paketi hazırlanır.

 

Teqlər