Okt 11, 2023 20:24 Asia/Baku
  • Türkiyə prezidenti sionist İsraili kəskin şəkildə tənqid etdi

Ərdoğan: İsrail örgüt kimi davranır, cavabı adekvat olacaq

Türkiyə prezidenti Qəzzədə dinc əhalinin öldürülməsini qınayıb və işğalçı dövlətin özünü təşkilat səviyyəsinə endirdiyini vurğulayıb.

Rəcəb Təyyib Ərdoğan bu barədə deyib: “Bir şəhərin suyunu, işığını kəsmək, ibadət yerlərini, məktəblərini yıxmaq, dinc əhalinin yaşadığı binaları dağıtmaq kimi utancverici hərəkətlər münaqişə deyil, qətliamdır. Mülki insanların öldürülməsi dövlətin yox, örgütün refleksi ola bilər”.

Onun sözlərinə görə, İsrail dövlət kimi yox, örgüt kimi darvanırsa, unutmamalıdır ki, ona təşkilat kimi davranılmağa başlayacaqlar. Və bu faciələrin davam etməsinə nə region, nə də dünya dözə bilər.

 

Teqlər