Türkiyə lideri terror dövlətini qınadı
https://azeri.sahartv.ir/news/türkiyə-i405024-türkiyə_lideri_terror_dövlətini_qınadı
Ərdoğan: İsrail 25 gündür bəşəri cinayətlər törədir
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 01, 2023 13:21 Asia/Baku
  • Türkiyə lideri terror dövlətini qınadı

Ərdoğan: İsrail 25 gündür bəşəri cinayətlər törədir

Rəcəb Təyyib Ərdoğan deyib: “Dünən qəzzəli qardaşlarımıza hədiyyəmiz olan "Dostluq" xəstəxanası İsrail qüvvələri tərəfindən hədəf alındı. Bu vacib səhiyyə ocağı İsrail barbarlığının ən son qurbanı oldu”.

Onun sözlərinə görə, Avropa və Amerikanın qeyd-şərtsiz dəstəyinə arxalanan İsrail hakimiyyəti tam 25 gündür dünyanın gözləri qarşısında bəşəri cinayətlər törədir.

“Qəzzədə müharibə cinayətləri törədənlərin hüquq qarşısında cavab verməsi üçün fəaliyyətimiz davam edir”, - deyə Türkiyənin dövlət başçısı bildirib.